Rik və Morti
Adult Swim-də yayımlanan ABŞ sitkomu / From Wikipedia, the free encyclopedia
Rik və Morti (ing. Rick and Morty) – Castin Royland ilə Den Harmon tərəfindən yaradılmış və Cartoon Network telekanalının Adult Swim gecə televiziya blokunda yayımlanan ABŞ elmi fantastika və qara komediya sitkomu. Serial heç nədən çəkinməyən çılğın alim Rik Sançez və onun şıltaq, tez yola gələn nəvəsi Morti Smitin başına gələn macəralardan bəhs edir. Onlar vaxtlarının çoxunu müxtəlif ölçülü dünyalarda keçirirlər. Royland baş qəhrəmanları səsləndirir. Kris Parnell, Spenser Qremmer və Sara Çok ailənin qalan üzvlərini səsləndirirlər. Serialın premyerası 2 dekabr 2013-cü ildə baş tutmuşdur.
Rik və Morti | |
---|---|
ing. Rick and Morty | |
| |
Janr |
animasiya sitkomu elmi fantastika qara komediya |
Prodüser |
Den Harmon Castin Royland Ceyms A.Fino (I-II mövsüm) Co Russo II (I-II mövsüm) C.Maykl Mendel Kenni Mikka (pilot) |
Yaradıcısı |
Castin Royland Den Harmon |
Rollarda |
Castin Royland Kris Parnell Spenser Qremmer Sara Çok |
Bəstəkar | Rayan Elder |
İstehsalçı ölkə | ABŞ |
Studiya |
Justin Roiland's Solo Vanity Card Productions Harmonious Claptrap Starburns Industries (I-II mövsüm) Williams Street |
Dil | ingiliscə |
Rəng | rəngli |
Mövsüm sayı | 7 |
Seriya sayı | 71 (seriya siyahısı) |
Seriya vaxtı | 22 dəq. |
Davametmə müddəti | 2 dekabr 2013 – hazırda |
Telekanal | Adult Swim |
IMDb | ID2861424 |
Format | 1080i (16:9 HDTV) |
adultswim.com/videos/ric… | |
Vikianbarda əlaqəli mediafayllar |
Animasiya serialı Harmonun Channel 101 adlı qısa film festivalı üçün Royland tərəfindən "Gələcəyə qayıdış" filminin qısa parodiya filmi olaraq yaradılmış "Doktor və Martinin real animasiya macəraları"ndan ilhamlanaraq yaradılmışdır. Adult Swim Harmona televiziya verilişi ideyası ilə yanaşanda o və Royland bu qısa parodiya filmindən istifadə etməyə qərar vermişdirlər.
2014-cü ilin yanvarında ikinci mövsümü anons edilmiş və 26 iyul 2015-ci ildə premyerası baş tutmuşdur. 2015-ci ilin avqustunda üçüncü mövsümü açıqlanmış və anons edilmədən (1 aprel zarafatı olaraq) 1 aprel 2017-ci ildə ilk seriyası yayımlanmışdır. Qalan seriyaları isə iyul ayından həftəlik olaraq yayımlanmışdır.[1] 2019 və 2021-ci illərdə dördüncü və beşinci mövsümləri yayımlanmışdır və növbəti illərdə növbəti mövsümlərinin yayımlanması planlaşdırılır.[2] Animasiya serialı orijinallığına, yaradıcılığına və yumoruna görə tənqidçilərin müsbət rəylərini almışdır.