Re:Zero -Starting Life in Another World- seriyalarının siyahısı
From Wikipedia, the free encyclopedia
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır.
Anime adaptasiyası Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir.[1] Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktorudur.[2]
25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları,[3][4] eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır.[5] Anime OVA-sı anons edilmişdir.[6]
Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır.[7]
8 aprel 2016-cı ildən iyun ayının sonunda qədər anime serialının hər seriyasından sonra AT-X kanalında personajların super biçimsiz olduğu və "Re:Zero" dünyasının necə işlədiyindən söz açan və Studio Puyukai[8] tərəfindən istehsal olunmuş "Re:Zero ~Starting Break Time From Zero~" (Re:ゼロから始める休憩時間(ブレイクタイム), Re:Zero kara Hajimeru Break Time?) adlı qısa anime seriyaları nümayiş etdirilmişdir.[9] 24 iyun 2016-cı ildə "Re:PETIT ~Starting Life in Another World from PETIT~" (Re:プチから始める異世界生活, Re:Petit kara Hajimeru Isekai Seikatsu?) adlı yeni qısa anime seriyaları yayımlanmağa başlamışdır.[10] Hər iki mini-anime Crunchyroll vasitəsilə yayımlanmışdır.[11]
23 mart 2019-cu ildə ikinci mövsüm anons edilmişdir.[12] 2020-ci lin aprelində yayımlanması planlaşdırılsa da, pandemiya səbəbilə ikinci mövsüm 8 iyulda yayımlanmağa başlamışdır.[13] Yeni mövsümün ikinci hissəsi 2021-ci ilin yanvarında yayımlanacaq.[14]