Re:Zero -Starting Life in Another World- (I mövsüm)
From Wikipedia, the free encyclopedia
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır.
Anime adaptasiyasının birinci mövsümü Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir.[1] Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktoru olmuşdur.[2] Birinci açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunan "Redo" mahnısı (13-cü seriyaya qədər), birinci və ikinci bağlanış mahnıları Myth & Roid tərəfindən ifa olunan "Styx Helix" və "Straight Bet" (ancaq 7-ci seriya üçün) mahnılarıdır.[3] İkinci açılış mahnısı Myth & Roid tərəfindən ifa olunan "Paradisus-Paradoxum" mahnısı (14-cü seriyadan), ikinci bağlanış mahnısı Emiliya personajının səsləndiricisi Rie Takahaşi tərəfindən ifa olunan "Stay Alive" mahnısıdır (14-cü seriyanın bağlanış mahnısı Myth & Roid tərəfindən ifa olunan "theater D" mahnısı olmuşdur).[4]
25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları,[5][6] eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır.[7]
Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır.[8]