Qumluqdakı qadın
From Wikipedia, the free encyclopedia
Qumluqdakı qadın (砂の女, Suna no onna?, azərb. Qum qadını) – Yaponiya yazıçısı Kobo Abe tərəfindən 1962-ci ildə nəşr olunmuş roman.[1] Avanqard alleqoriya üslubunda olan bu roman İkinci dünya müharibəsindən sonra ən yaxşı Yaponiya romanlarından biri hesab olunur.[1] Abenin ingilis dilinə tərcümə olunan ilk romanlarından biridir.[1] 2021-ci ildə Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.[2]
Cəld faktlar Qumluqdakı qadın, Müəllif ...
Qumluqdakı qadın | |
---|---|
Suna no onna (砂の女?, azərb. Qum qadını) | |
Müəllif | Kobo Abe |
Orijinalın dili | yapon dili |
Ölkə | |
Orijinalın nəşr ili | 8 iyun 1962 |
Tərcüməçi | Nəriman Əbdülrəhmanlı |
Nəşriyyat | Shinchosha |
Səhifə | 218 |
Bağla
Roman əsasında 1964-cü ildə rejissor Teşiqahara Hiroşi tərəfindən çəkilmiş film adaptasiyası Yaponiya kinematoqrafiyasının klassiklərindən hesab olunur.[3] Filmin uğuru romanı və Yaponiya ədəbiyyatını ABŞ və İngiltərədə populyarlaşdırmışdır.[3]