Qarağac küçəsində qarabasma (film, 1984)
From Wikipedia, the free encyclopedia
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 1980-cı illərin məşhur qorxulu, sleşer filmlərindən biridir. Film 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilmişdir. "Qarağac küçəsində qarabasma" filmi 1985-ci ildə Avoriaz Fantastik Film Festivalında tamaşaçılar tərəfindən mükafatlandırılmışdır.
Qarağac küçəsində qarabasma | |
---|---|
ing. A Nightmare on Elm Street | |
| |
Janr |
Qorxu filmi Sleşer filmi |
Əsas mövzu | seriyalı qatil[1], yuxugörmə[1], Gerçəklik[1] |
Rejissor | Ues Kreyven |
Prodüserlər |
Robert Şey Con Berrouz Robert Dyudelson Sara Rişer Cozef Vulf |
Ssenari müəllifi | Ues Kreyven |
Baş rollarda |
Robert Enqlund Hezer Lencenkemp Conni Depp Nik Korri Amanda Uiss Roni Blekli Con Sekson |
Operator | Jak Etkin |
Bəstəkar | Çarlz Börnşteyn |
Rəssamlar |
Qreqq Fonseka Dena Liman Enn X. Arens |
İstehsalçılar |
The Elm Street Venture Media Home Entertainment New Line Cinema Smart Egg Pictures |
Distribütor | New Line Cinema, Netflix |
İlk baxış tarixi |
9 noyabr 1984 6 mart 1985 29 avqust 1985 24 may 1986 27 iyun 1986 19 noyabr 2008 |
Filmin növü | Sleşer filmi |
Müddət | 92 dəqiqə |
Büdcə | $1,8 milyon |
Gəlir | $25,5 milyon |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1984 |
Əvvəlki film | yoxdur |
Sonrakı film | Qarağac küçəsində qarabasma 2: Freddinin qisası |
Rəng | Rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID0087800 |
Filmin B filmləri kateqoriyasına daxil olmasına baxmayaraq, böyük müvəffəqiyyət qazanmışdır. Filmin büdcəsi 1,8 milyon[2], gəliri isə 25,5 milyon ABŞ dollarıdır.[3] Bu film tənqidçilər tərəfindən müsbət qarşılandı və onun davamı olaraq bir sıra teleseriallar və filmlər çəkilir.[4] Bu film qorxu filmi janrında çəkilmişdir. Ayrıca filmin qəhrəmanı Freddi kino tarixində ən çox tanınan pis xarakter oldu. Həm tənqidçilər həm də Ues Kreyven filmin müvəffəqiyyətində sleşer növündə olan (gənclərin psixopat bir ardıcıl qatil tərəfindən qətl edildiyi filmlərə deyilir) və qorxu filmlərinin qızıl çağını başladan Hellouin filminin əhəmiyyətli rol oynadığını ifadə edirdilər. Filmdə insanların yuxu dəhşətini yaradan qorxunc Freddi Krügerdən danışılır. Freddi insanları yuxuya çəkərək, onları dəhşətli formada öldürür. Bunu başa düşən Nensi isə onunla mübarizə aparmağa başlayır.
Filmdə Robert Enqlund, Conni Depp, Nik Korri, Con Sekson kimi aktyorlar, Amanda Uiss, Hezer Lencenkemp, Roni Blekli kimi atrisalar iştirak edir. Bu film Conni Deppin çəkildiyi ilk film olmuşdur. Film çəkiləndən sonra bütün film heyətləri, aktyorlar və aktrisalar böyük məşhurluq qazanmışdılar. Filmdə iştirak edən Nik Korri daha çox "Hyu Qarsiya" adı ilə məşhurdur.