Qaranlıq Krallıq
From Wikipedia, the free encyclopedia
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu?) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir.
Qaranlıq Krallıq | |
---|---|
Qaranlıq Krallığın üzvləri. Sol sütun: Cedayt, Zoysayt, Kunsayt və Nefrit. Sağ sütun: Kraliça Metariya, Kraliça Beril və Endo. | |
Hekayə arkı: | Qaranlıq Krallıq |
Dublaj adı: | Neqaverse |
Lider: | Kraliça Beril |
Xaos forması: | Kraliça Metariya |
Əsas üzvlər: | Sitenno |
Bədheybət növü: | Youma Qaranlıq Agentlik müğənniləri |
Əşyalar: | Kristal kürə, Qara Kristal |
Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır.
Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
DiC ingilis adaptasiyasında Qaranlıq Krallığın adı dəyişdirilərək "Neqaverse" edilmişdir (ingilis dilindəki "negative" və "universe" sözlərindən). Kraliça Beril öz məqsədlərini aydınlaşdırmaq üçün tez-tez neqa prefiksindən istifadə edir (məsələn, neqatarix, neqagüc və s.). Bu cür yanaşma ingilis adaptasiyanın ilk iki mövsümündə davam etmişdir.