Qara dul (Nataşa Romanova)
From Wikipedia, the free encyclopedia
Natalya Alianovna "Nataşa" Romanova[1] (rus. Наталья Альяновна "Наташа" Романова), həmçinin "Qara dul" (ing. Black Widow; rus. Чёрная вдова) – Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Redaktor və hekayəçi Sten Li, ssenari yazarı Don Riko və rəssam Don Hek tərəfindən yaradılmış personaj "Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt etmişdir.
Qara dul | |
---|---|
ing. Black Widow | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Tales of Suspense" #52 (aprel, 1964) |
Yaradıcı(lar) |
Sten Li Don Riko Don Hek |
Xüsusiyyətlər | |
Əsl adı | Natalya "Nataşa" Alianovna Romanov |
Doğum tarixi | 1928 |
Doğum yeri | Stalinqrad, SSRİ |
Cinsiyyəti | qadın |
Boyu | 170 sm |
Çəkisi | 59 kq |
Göz rəngi | göy |
Saç rəngi | qırmızıya çalar qəhvəyi |
Növü | insan |
Təhsili | Qırmızı Otaq Akademiyası |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
Q.A.L.X.A.N. Qisasçılar KQB Çempionlar Möcüzəvi Cəngavərlər Qüdrətli Qisasçılar Leydi Xilaskarlar İldırımsaçanlar Gizli Qisasçılar Muzdlu qəhrəmanlar |
Partnyorları |
Dəlisov Şahingöz Kapitan Amerika Qış əsgəri Yelena Belova |
Köməkçiləri | İvan Petroviç Bezuxov |
Düşmənləri | Dəmir qız (Marvel Comics) |
Ləqəbləri | Nat, Tsarina, Qara inci, Natuşka, Oktyabr |
Gücləri | əla döyüşçü, xaker, cəsus |
Silahları | iki elektrikli çubuq, qaz kürəcikləri |
Personaj, Rusiya casusu, superqəhrəman Dəmir adamın düşməni kimi təqdim edilmişdir. Sonradan ABŞ-yə köçən Nataşa Romanova uydurma casus təşkiları Q.A.L.X.A.N.-da çalışmağa başlamış və "Qisasçılar" adlı superqəhrəmanlar dəstəsinin üzvü olmuşdur.
Marvel Kinematoqrafiya Kainatına aid olan "Dəmir adam 2" (2010), "Qisasçılar" (2012), "Kapitan Amerika: Qış əsgəri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Kapitan Amerika: Vətəndaş müharibəsi" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Kapitan Marvel" (2019), "Qisasçılar: Final" (2019) və "Qara dul" (2020) filmlərində Nataşa Romanova rolunu aktrisa Skarlett Yohansson canlandırmışdır.