Qara Ay
From Wikipedia, the free encyclopedia
Qara Ay (ブラックムーン一族, Burakku Mūn Ichizoku?) və ya Qara Ay klanı — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında düşmən qrup. Qara Ay manqa seriyasının ikinci arkının, orijinal animenin ikinci mövsümünün və ikinci animenin 15-26-cı seriyalarının əsas düşmən qrupudur. Buna görə də seriyanın ikinci arkı "Qara Ay" adlanır. DiC ingilis adaptasiyasında qrup Neqamun soyu adlanır.
Qara Ay | |
---|---|
Qara Ay. Soldan aşağı: Venetti, Akvatiki, Kiral, Akiral. Mərkəzdən aşağı: Sapfir, Şahzadə Almaz, İzumrud, Rubeus. Sağda: Müdrik adam. Ən aşağı cərgədən sola: Koan, Berte, Kalaveras, Petts. | |
Hekayə arkı: | "Qara Ay" |
Dublaj adı: | Neqamun soyu |
Lider: | Şahzadə Almaz |
Xaos forması: | Müdrik adam |
Əsas üzvlər: | Rubeus, İzumrud, Sapfir |
Bədheybət növü: | Droid |
Əşyalar: | Qara Kristal |
Qara Ayın üzvləri Günəş sistemində yerləşən uydurma Nemesis planetindəndirlər. Planet "mənfi enerjinin planeti" kimi təsvir olunur, gözlə görünmür və ancaq Rentgen şüaları ilə tapıla bilir. Qara Ayın üzvlərinin hamısının alınlarının ortasında aşağı doğru yönəlmiş qara aypara işarəsi vardır. Bundan başqa Qara Ayın üzvləri onlara teleportasiya bacarığını verən Qara Kristaldan hazırlanmış xüsusi sırğalar taxırlar.