Sultan Süleyman Qanuni
Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu "İslam xəlifəsidir" / From Wikipedia, the free encyclopedia
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566[1], Siqetvar[2]), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır.
Sultan Süleyman Qanuni | |
---|---|
osman. سليمان اول | |
Osmanlı sultanı[d] | |
10 oktyabr 1520 – 17 sentyabr 1566 | |
Əvvəlki | I Səlim |
Sonrakı | II Səlim |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 noyabr 1494 |
Doğum yeri | |
Vəfat tarixi | 6 sentyabr 1566(1566-09-06)[1] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | |
Sülalə | Osmanlı xanədanı |
Atası | I Səlim |
Anası | Hafza Sultan |
Həyat yoldaşları |
|
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hərbi iş[d][3], siyasət[3] |
|
|
Monoqram | |
Vikianbarda əlaqəli mediafayllar |
I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır. Zigetvar mühasirəsinin bitməsinə bir gün qalmış 7 sentyabr 1566 tarixində müharibə düşərgəsində 71 yaşında vəfat etmiş və yerinə oğlu II Səlim keçmişdir.