I Səlim
9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir / From Wikipedia, the free encyclopedia
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir.[1]
I Səlim | |
---|---|
سلطان سليم اول | |
26 may 1512 – 21 sentyabr 1520 | |
Əvvəlki | II Bəyazid |
Sonrakı | I Süleyman |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Amasya, Osmanlı İmperiyası |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Çorlu, Osmanlı İmperiyası |
Vəfat səbəbi | Qarayara |
Dəfn yeri | Yavuz Sultan Səlim türbəsi |
Fəaliyyəti | şair |
Atası | II Bəyazid |
Anası | II Gülbahar Xatun |
Həyat yoldaşı | Ayşə Hafsa Sultan |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Atası II Bəyazid, anası Gülbahar Xatundur.[2] Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır.
Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir. Eyni zamanda türbəsinin yanında Tənzimat Dövrü padşahlarından Əbdülməcidin də türbəsi var.
Sərt xarakteri səbəbilə Yavuz və şahzadəliyindən bəri Səlim Şah olaraq anılan Sultan Səlim 10 sentyabr 1470 tarixində atası Şahzadə Bəyazidin sancaqbəyliyi vəzifəsi səbəbiylə Amasyada dünyaya gəldi. Atası II Bəyazid, anası isə Gülbahar Xatundur. Osmanlı adətlərinə görə Şahzadə Səlim də 11 yaşında Trabzona hakim olaraq təyin edildi.