Qalaktika mühafizəçiləri (film)
From Wikipedia, the free encyclopedia
Qalaktika mühafizəçiləri (ing. Guardians of the Galaxy; rus. Стражи Галактики) – eyniadlı Marvel Comics superqəhrəman komandasından bəhs edən 2014-cü il istehsalı ABŞ superqəhrəmanlıq filmi. Marvel Studios tərəfindən istehsal olunan film Marvel Kinematoqrafiya Kainatında (MKK) 10-cu filmdir. Ceyms Qannın rejissorluğu və Nikol Perlmanın ssenaristliyi ilə çəkilən filmdə Kris Prett, Zoi Saldana, Deyv Batista, Vin Dizel, Bredli Kuper komanda üzvlərini, Li Peys, Maykl Ruker, Karen Qillan, Cimon Honso, Con Rayli, Qlen Klouz və Benisio del Toro isə digər personajları canlandırırlar. "Qalaktika mühafizəçiləri"ndə Piter Kvill güclü artifaktı oğurlamaq üçün bir qrup yerdənkənar cinayətkar ilə çətin ittifaq qurur.
Qalaktika mühafizəçiləri | |
---|---|
ing. Guardians of the Galaxy | |
| |
Janr | döyüş, macəra, komediya, elmi fantastika, superqəhrəmanlıq |
Rejissor | Ceyms Qann |
Prodüser | Kevin Fayqi |
Əsərin müəllifləri |
Den Abnett Endi Lenninq |
Ssenari müəllifləri |
Ceyms Qann Nikol Perlman |
Baş rollarda |
Kris Prett Zoi Saldana Deyv Batista Vin Dizel Bredli Kuper Li Peys Maykl Ruker Karen Qillan Cimon Honso Con Rayli Qlen Klouz Benisio del Toro |
Operator | Ben Devis |
Bəstəkar | Tayler Beyts |
Rəssam | NYSE |
Geyim rəssamı | Aleksandra Birne[d] |
İstehsalçılar |
İstehsalçı: Marvel Studios Distribütorlər: Walt Disney Studios Motion Pictures |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Fórum Hungary[d][1], Netflix, Disney+ |
İlk baxış tarixi |
21 iyul 2014 (Dolbi teatrı) 1 avqust 2014 (ABŞ) |
Müddət | 122 dəq.[2] |
Büdcə |
232,3 milyon $ (ümumi)[3] 195,9 milyon $ (net)[3] |
Gəlir | 773,3 milyon $[4] |
Ölkə | |
Dil | ingiliscə |
İl | 2014 |
Sonrakı film | Qalaktika mühafizəçiləri 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | London[5], Millennium körpüsü[5], Lloyds binası |
IMDb | ID2015381 |
Vikianbarda əlaqəli mediafayllar |
Perlman ssenari üzərində 2009-cu ildə işləməyə başlamışdır. Kevin Fayqi əvvəlcə 2010-cu ildə "Qalaktika mühafizəçiləri"ni potensial film layihəsi kimi anons etmişdir. Marvel Studios film üzərində aktiv işlədiyini isə 2012-ci ilin iyulunda San Diego Comic-Con International tədbirində bildirmişdir. Həmin ilin sentyabrında Qann filmin rejissoru və ssenaristi təyin olunmuşdur. 2013-cü ilin fevralında Prett Piter Kvill / Ulduz lordu rolu üçün seçilmişdir. Digər rol ifaçıları da zaman keçdikcə dəqiqləşmişdir. Əsas çəkilişlər 2013-cü ilin iyulunda Shepperton Studios-da (İngiltərə) başlamışdır, daha sonra 2013-cü ilin oktyabrına qədər Londonda davam etmişdir. İstehsal sonrası proses 7 iyul 2014-cü ildə başa çatmışdır.
Filmin premyerası 21 iyul 2014-cü ildə Dolbi teatrında baş tutmuşdur. 1 avqust 2014-cü ildə ABŞ teatrlarında 3D və IMAX 3D formatlarında buraxılmışdır. Film böyük tənqidi və maddi uğur əldə etmiş, bütün dünyada 773,3 milyon $ gəlir əldə etmiş, 2014-cü ilin ən çox gəlir gətirən superqəhrəmanlıq filmi, ümumilikdə isə 2014-cü ilin ən çox gətirən 3-cü filmi olmuşdur. Film yumoruna, rejissorluğuna, rol ifalarına, vizual effektlərinə, musiqisinə və döyüş səhnələrinə görə təriflənmişdir. 2015-ci ildə "Ən yaxşı vizual effektlər" və "Ən yaxşı qrim və saç düzümü" nominasiyalarında Oskar mükafatına layiq görülmüşdür.
Sikvel "Qalaktika mühafizəçiləri 2" 5 may 2017-ci ildə buraxılmışdır. Üçüncü film olan "Qalaktika mühafizəçiləri 3"-ün 2020-ci ildə buraxılması planlaşdırılır.