Pumori
From Wikipedia, the free encyclopedia
Pumori (nep. पुमोरि ) — Himalayın Mahalanqur Himal silsiləsindəki Nepal-Tibet sərhədində yerləşən dağ. Pumori Everest dağından cəmi səkkiz kilometr qərbdə yerləşir. Şerp dilində "Dağ qızı" mənasını verən Pumori, Corc Mallori belə tərəfindən adlandırılmışdır. Şerp dilində "Pumo" gənc qız və ya qız, "Ri" isə dağ deməkdir.[1] Alpinistlər bəzən Pumoriyə "Everestin qızı" kimi müraciət edirlər.[2] Mallori də dağı qızının şərəfinə "Clare zirvəsi" adlandırmışdır.[3]
Cəld faktlar Ümumi məlumatlar, Dağ silsiləsi ...
Pumori | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Mahalanqur-Himal |
Mütləq hündürlüyü | 7.161 m |
Nisbi hündürlüyü | 1.278 m |
Yerləşməsi | |
28°00′52″ şm. e. 86°49′41″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Pumori məşhur bir alpinizm zirvəsidir. Pumori ilk dəfə 17 may 1962-ci ildə Alman-İsveçrə ekspedisiyasında iştirak edən Gerhard Lenser tərəfindən fəth edildi.[4] 1996-cı ilin yazında İki çex (Leopold Sulovský və Zdeněk Michalec) cənub yamacında yeni bir marşrutla dağı fəth etdi.[5]