Psycho-Pass seriyalarının siyahısı
From Wikipedia, the free encyclopedia
Psycho-Pass (サイコパス, Saiko Pasu?, azərb. Psixopasport) Naoyaşi Şiotaninin rejissorluğu və Qen Urobuçinin ssenaristliyi ilə Production I.G studiyası tərəfindən istehsal olunmuş anime serialıdır.[1] Anime serialında hadisələr avtoritar antiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir. Hazırkı zehni vəziyyətinə və ümumi şəxsiyyətinə əsaslanaraq cinayət törətmə potensialına malik vətəndaşlar müəyyənləşdirilir. Bu göstəricilərə vətəndaşın psixopasportu deyilir. Hekayə Şinya Koqami, Akane Tsunemori və İctimai Təhlükəsizlik Bürosunun Cinayət Tədqiqat Diviziyasının bir nömrəli birliyinin digər üzvlərinin başına gələn hadisələrdən bəhs edir.
Ölkə | Yaponiya |
---|---|
Seriya sayı | 22 |
Orijinal kanal | Fuji TV |
Orijinal efir | 12 oktyabr 2012 (2012-10-12) – 22 mart 2013 (2013-03-22) |
← Əvvəlki — |
Anime serialı 12 oktyabr 2012-ci ildən 22 mart 2013-cü ilə kimi Fuji TV kanalının NoitaminA veriliş blokunda yayımlanmış və 22 seriya davam etmişdir.[2][3] Toho 21 dekabr 2012-ci ildə seriyaları DVD və Blu-ray cildləri şəklində buraxmağa başlamışdır. Sonuncu cild 26 iyul 2013-cü ildə buraxılmışdır. Hər cildə CD saundtrekləri və vizual roman kimi əlavələr daxil edilmişdir.[4][5] Funimation animeni Şimali Amerikada lisenziyalaşdırmış və veb-saytında yayımlamışdır.[2] Şimali Amerikada 11 mart 2014-cü ildə buraxmışdır.[6] Böyük Britaniyada Manga Entertainment, Avstraliyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.[7][8]
Anime serialı üçün iki açılış və iki bağlanış mahnısından istifadə olunmuşdur. İlk 11 seriyanın açılış mahnısı Ling Tosite Sigure qrupu tərəfindən ifa olunan "Abnormalize", bağlanış mahnısı isə Egoist qrupu tərəfindən ifa olunan "Monster Without a Name" (名前のない怪物, Namae no Nai Kaibutsu?) mahnısı olmuşdur.[9] Qalan seriyaların açılış mahnısı Nothing's Carved in Stone tərəfindən ifa olunan "Out of Control", bağlanış mahnısı isə Egoist tərəfindən ifa olunan "All Alone With You" mahnısıdır.