Pounamu
From Wikipedia, the free encyclopedia
Pounamu (Yeni Zelandiya ing. greenstone) – Yeni Zelandiyanın cənubunda tapılan bərk daş növü. Pounamu Maori xalqı üçün çox dəyərlidir və ondan hazırlanan əşyalar Maori mədəniyyətində vacib rol oynayır. Geoloji baxımdan pounamu adətən nefrit, bavenit və serpentinitdir. Lakin maorilər pounamunu rənginə və görünüşünə görə təsnif edirlər.[1]
Əsas təsnifatlar kavakava, kahuranqi, inanqa və tanqivaydır. İlk üçü nefritdir, tanqivay isə bavenitdəndir.[2]
- İnanqa pounamusu adını yerli şirin su balığından (Galaxias maculatus) götürür və ağ və ya boz-yaşıl rəngdə olub yarı-şəffaf olur.[3]
- Kahuranqi pounamusu daha yarı-şəffafdır və bozun canlı çalarına malikdir. Səmanın aydınlığı şərəfinə adlandırılıb və ən nadir tapılan pounamudur.[4]
- Kavakava pounamusu bir çox çalarlarda ola bilir və üstündə çox vaxt nöqtələr olur. Yerli kavakava ağacının yarpaqlarının (Macropiper excelsum) şərəfinə adlandırılıb. Ən çox tapılan pounamu növüdür.[5]
- Tanqivay pounamusu təmiz rəngə malikdir, lakin müxtəlif çalarlara malik olur. Pounamunun adı böyük kədər zamanı tökülən göz yaşı sözündən gəlir.[6]
Pounamu sözünün müasir istifadəsi ancaq nefritə aiddir. Pounamu əsasən Cənub adasının spesifik nöqtələrində çaylarda adi daş və qaya kimi tapılır. Daşları kəsib açmadan pounamunu müəyyənləşdirmək çətindir.