Plateya döyüşü
e.ə. 479-cu ildə baş verən Yunan-İran müharibələrinin ən böyük quru döyüşlərindən biri / From Wikipedia, the free encyclopedia
Plateya döyüşü (q.yun. Μάχη των Πλαταιών) — e.ə. 479-cu ildə baş verən Yunan-İran müharibələrinin ən böyük quru döyüşlərindən biri. Döyüş Beotiya ərazisindəki Plateya adlı kiçik şəhərdə, Kiteron dağının ətəklərində baş vermişdir.
Plateya döyüşü | |||
---|---|---|---|
Yunan-İran müharibələri | |||
Tarix |
9 və ya 26 sentyabr[1] e.ə. 479 |
||
Yeri | Plateya (Beotiya), Yunanıstan | ||
Səbəbi | Əhəməni imperiyasının işğalçılıq siyasəti | ||
Nəticəsi | Yunanların həlledici qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Plateya döyüşündə fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı.[5] Spartalı Pavsaninin rəhbərlik etdiyi Yunan ittifaqının ordusu düşmən qüvvələrinin demək olar ki, hamısını praktik olaraq məhv etdi. Plateya döyüşü Ellada ərazisində işğalçıların — Kserksın rəhbərlik etdiyi Əhəməni imperiyasının quru qüvvələrinin tam məğlubiyyətinə gətirib çıxardı.
Müxtəlif antik mənbələrə görə yunanların itkiləri nisbətən az idi, onların itkisi bir neçə yüzdən on min əsgərə qədər təxmin edilir.