Pasxa yumurtası
From Wikipedia, the free encyclopedia
Pasxa yumurtası (rus. Пасха́льные я́йцa) — xüsusi olaraq rənglənən və Pasxa bayramına bağışlanan yumurta. Yumurta ənənəvi olaraq məhsuldarlıq və dirçəliş simvolu hesab edilir.[1] Xristianlıqda Pasxa yumurtası ilk növbədə Müqəddəs qəbirin simvolu hesab edilir.[2][3][4] Yumurta formasına görə qəbirin üstünü örtdükləri daşları xatırladır və yeni həyatın başlanğıcını xarakterizə edir. Həmçinin xristianlar üçün o Xristosun dirilməsini yada salır.[2][3]