Pambıq ağacı (Syerra-Leone)
From Wikipedia, the free encyclopedia
Pambıq ağacı — Syerra-Leonenin paytaxtı Fritaunun tarixi simvolu olan ağac. Ceiba pentandra növünə məxsusdur. Əfsanəyə görə ağac 1792-ci ildə ABŞ İstiqlal müharibəsi zamanı Britaniya üçün döyüşüb müstəqillik qazanan və indiki Fritaun şəhərinin əsasını qoyan keçmiş Afrika amerikalı qullar üçün böyük əhəmiyyətə malik olmuşdur. "Yeni şotlandlar" və ya "Navatiyalılar" adlandırılan bu Qara sədaqətlilər 11 mart 1792-ci ildə Fritaun şəhərinin əsasını qoymuşdurlar.[1]