Ox (I mövsüm)
From Wikipedia, the free encyclopedia
ABŞ döyüş-dram teleserialı olan "Ox"un birinci mövsümünün premyerası 10 oktyabr 2012-ci ildə The CW telekanalında baş tutmuş, birinci mövsüm 23 seriyadan ibarət olmuşdur.[1] Serial Mort Vayzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics personajı Yaşıl Oxdan bəhs edir. Birinci mövsümün şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreyzberqdir.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 23 |
Orijinal kanal | The CW |
Orijinal efir | 10 oktyabr 2012 (2012-10-10) – 15 may 2013 (2013-05-15) |
← Əvvəlki - | |
Ox teleserialının seriyaları |
Birinci mövsümdə, Starlinq-sitidən olan milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) gəmi qəzasına düşdükdən sonra beş il sirrli adada yaşayır. Şəhərə qayıtdıqdan sonra isə anası Moyra Kuin (Süzanna Tompson), bacısı Teya Kuin (Villa Holland) və dostu Tommi Merlinlə (Kolin Donnell) görüşür. O, gecələr kapüşonlu maska geyərək cinayətkar və vigilantlara qarşı mübarizə aparmaqla yanaşı həm də şəxsi münasibətlərini qaydaya salmağa çalışır. O, Malkolm Merlinin planının üstünü açaraq şəhərin Qleyds rayonunun dağıdılmasına mane olmağa çalışır. Mübarizə zamanı onun yaxın tərəfdaşları Con Diql (Devid Ramsi) və Felisiti Smok (Emili Bett Rikards) olurlar. Oliver həm də keçmiş sevgilisi Lorel Lenslə (Keti Kassidi) münasibətlərini bərpa edir. Birinci mövsümdə həm də Oliverin adana keçirdiyi günlərlə bağlı fleşbeklər göstərilir.
Tənqidçilər tərəfindən əsasən müsbət qəbul edilən birinci mövsüm, hər həftə ortalama hesabla 3.68 milyon izləyicini ekranlar qarşısına toplaya bilmişdir. Amellin canlandırdığı Oliver Kuin/Ox personajı "Aclıq oyunları" trilogiyasından Kitness Everdin obrazı ilə müqayisə edilmiş, mövsümün isə hələ də şəxsi identiklik axtarışında olması vurğulanmışdır. Mövsüm iyirmi bir nominasiyada müxtəlif mükafatlara namizəd göstərilmiş və onlardan bəzilərini qazanmağa müvəffəq olmuşdur. Birinci mövsüm 17 sentyabr 2013-cü ildə DVD və Blu-ray formatlarında satışa çıxarılmışdır.