Otalgiya
From Wikipedia, the free encyclopedia
Otalgiya (sinonimı qulaq ağrısı) — qulaqda ağrı, qulağın özünün, onun xarici hissəsi və daxili qulaq xəstəliklərinin və ya bədənin başqa bir hissəsində inkişaf edən patoloji proseslərin simptomu.[1]
Otalgiya | |
---|---|
| |
XBT-10 | H92 |
XBT-9 | 388.7 |
DiseasesDB | 18027 |
MedlinePlus | 003046 |
MeSH | D004433 |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi tibbi praktikada, otolarinqoloqlarda və təcili yardım şöbələrində tez-tez rast gələn ümumi bir simptomdur.[2] Qulaq xəstəlikləri zamanı otalgiyanın ən çox yayılan səbəbi infeksiyalardır.[3]
Ağrı daimi, fasilələrlə, sızıltılı və ya kəskin ola bilər. Bu xəstəliyə hər yaşda olan insanlar tutula bilər. Yetkinlik yaşına çatmış insanlarda qulaq ağrısının səbəbləri qulaq infeksiyaları və travmaları, boğaz və ya diş ağrısı, alt çənənin və qulaq pərdəsinin zədələnməsi ola bilər.[4] Uşaqlarda otalgiya ən çox infeksiyadan yaranır.
Çox vaxt bu xəstəlik müvəqqəti olur və tez keçir. Lakin 2 gün ərzində heç bir yaxşılaşma müşahidə olunmursa, ağrının dəqiq səbəbini müəyyən etmək üçün təcili olaraq otolarinqoloqa müraciət etmək lazımdır. Yalnız mütəxəssis düzgün diaqnoz qoyub lazım olan müalicəni təyin edə bilər.