Orxon vadisi
From Wikipedia, the free encyclopedia
Orxon Vadisi — (Monqolca: Орхоны хөндийн соёлын дурсгал) mərkəzi Monqolustandakı Orxon çayının sahilində, paytaxt Ulan-Batordan təxminən 320 km qərbdə yerləşir. Orxon vadisi 2004-cü ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Orxon vadisinin tarix baxımından böyük əhəmiyyəti vardır. Uyğur xaqanlığı və bir zamanlar dünyanın ən böyük imperiyası olan Monqol İmperiyasının paytaxtları Orxon vadisində yerləşir. Bu səbəbdən, Orxon vadisi Hun İmperiyası, Göytürk xaqanlığı, Uyğur xaqanlığı və Monqol İmperiyasına aid arxeoloji qalıqlar, qədim şəhər və yaşayış mərkəzlərin dağıntıları, yazılı və dik daşlar, qəbirlər, və Buddist məbədlərinin yerləşdiyi, çoxsaylı tarixi məlumat ehtiva edən mədəni bir irs kimi qəbul edilir. Bu qədər zəngin mədəni məzmunlu region hələ də köçərilərin yaşadığı, heyvanlarını otardığı, və bu mədəni irslərə dəyər verərək, qoruyaraq yaşadığı bir yerdir. Köçkünlər üçün yüz illər əvvəlki bir neçə dəyişiklik kimi həyat da davam edir.[1]
Orxon vadisi mədəni bölgəsi | |
---|---|
Культурный ландшафт долины реки Орхон | |
47°33′24″ şm. e. 102°49′53″ ş. u. | |
Ölkə | Monqolustan |
Sahəsi |
|
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Təyin edilib | 2004 |
İstinad nöm. | |
Asiya və Sakit okean | |
Vikianbarda əlaqəli mediafayllar |