Ogüst Roden
Fransız heykəltaraş / From Wikipedia, the free encyclopedia
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[1][2][…], Paris[3][4] – 17 noyabr 1917[1][2][…], Mödon[d][3][4]) — fransız heykəltaraş.
Ogüst Roden | |
---|---|
fr. Auguste Rodin | |
Doğum adı | René François Auguste Rodin |
Doğum tarixi | 12 noyabr 1840(1840-11-12)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 noyabr 1917(1917-11-17)[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partnyorları |
|
Fəaliyyəti | heykəltaraş, qrafika ustası[d], boyakar[d], fotoqraf, rəssam, memarlıq çertyojçusu[d], rəssam-qravüraçı[d], vizual incəsənət rəssamı |
Janrlar | portret[5][6], nü[6] |
Stillər | simvolizm[7] |
Tanınmış işləri | |
Tələbələri | Antuan Burdel, Konstantin Brankuzi, Kamilla Klodel, Şarl Despio |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir. Rodenin yaradıcılığı realizm, romantizm, impressionizm və simvolizmin birləşməsini əhatə edirdi. Roden qəhrəmanlarının hərəkət və emosional durumunu bədii vasitələrlə izləyiciyə çatdırmaqda virtuoz ustalığa yiyələnmişdir. Onun əsas işləri «Düşünən adam», «Kale vətəndaşları» və «Öpüş» heykəlləridir.