Nəsr
From Wikipedia, the free encyclopedia
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.[1]
Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s.