Nəqşi Cahan meydanı
From Wikipedia, the free encyclopedia
Nəqşi Cahan Meydanı (fars. ميدان نقش جهان Meydān-e naḳş-e cahān; “Dünyanın şəkli meydanı” ya da fars. ميدان شاه Meydān-e Şāh; “Şahın meydanı”) — Həmdə İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.[1]
Cəld faktlar Ölkə, Şəhər ...
Nəqşi Cahan meydanı | |
---|---|
fars. ميدان نقش جهان | |
32°39′29″ şm. e. 51°40′38″ ş. u. | |
Ölkə | İran |
Şəhər | İsfahan |
Yerləşir | İsfahan |
Aidiyyatı | Səfəvilər imperiyası |
Tikilmə tarixi | 1598 |
Üslubu | Səfəvi memarlığı, Azəri stili |
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Kriteriya | i,v,vi |
Təyin edilib | 1979 |
İstinad nöm. | 115 |
Dövlət | İran |
Region | Asiya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla