Nizami (opera)
From Wikipedia, the free encyclopedia
Nizami operası — 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış, şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi opera.[2] Operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivləri əsasında Əfrasiyab Bədəlbəyli tərəfindən qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.[3]
Nizami | |
---|---|
| |
Bəstəkar | Əfrasiyab Bədəlbəyli |
Librettoçu | Əfrasiyab Bədəlbəyli |
Dili | azərbaycan dili |
Süjet | Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı əsasında |
Pərdə | 5 pərdə və 6 şəkil |
Yaradılma tarixi | 1939 |
İlk səhnələşdirmə | 12 dekabr 1948 |
Hadisələrin baş verdiyi yer | Gəncə |
Hadisələrin baş verdiyi tarix | XII əsr |
Personajlar | Nizami, Rəna, Əzra, Qızıl Arslan, Əmin Xaris, Xosrov |
Premyera |
12 dekabr 1948 Azərbaycan Dövlət Opera və Balet Teatrı, Bakı |
İfaçılar |
Murtuza Məmmədov Sona Mustafayeva Fatma Muxtarova Hüseynağa Hacıbababəyov Ağababa Bünyadzadə Böyükağa Mustafayev[1] |
Əsər 5 pərdə və 6 şəkildən ibarətdir. Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səhnələrin çoxluğu, sarayda təmtəraqlı səhnələr bir qədər Avropanın opera janrını xatırladan xüsusiyyətlərdir. Əsərdə şəhərin taleyi ilə maraqlanan, Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur.[3]
Əfrasiyab Bədəlbəyli operada xor səhnələrinə geniş yer verib, bu istiqamətin rolu önplana çəkilib.[4] "Nizami" operası Azərbaycanda opera sənətininin inkişafını irəliyə aparan əsərlərdən biri olmuşdur. Əsər mütəxəssislər tərəfindən Azərbaycanda bu istiqamətin tematik janr diapazonu, məzmun yeniliyi baxımından müsbət bir təcrübə kimi dəyərləndirilir.[3]