Neskelpilqin
From Wikipedia, the free encyclopedia
Neskelpilqin (çuk. Наска-пильхин[1]) - Çukot dənizində yerləşən körfəz. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisinə daxildir. Laqunnu dənizdən ayıran dildə Neşkam kəndi yerləşir.
Cəld faktlar Ümumi məlumatlar, Tip ...
Neskelpilqin | |
---|---|
çuk. Наска-пильхин | |
Ümumi məlumatlar | |
Tip | Laqun |
Orta dərinliyi | 190 m |
Yerləşməsi | |
66°57′34″ şm. e. 172°51′47″ q. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Bağla
Laqun materik daxilinə 25 km daxil olur. Uzunluğu 800 metrdir. Kolyuçin körfəzindən 68 km şərqdədir. Sahilləri tundra bitkiləri ilə örtülüdür. İki su tutarı iklə kiçik axarlarla birləşir. Körfəzin cənub hissəsindən ona 3 iri çay tökülür:Tenınvaam, Arenayvaam və Kinetlyuveev. Şərq hissədən körfəzə isə Tetkuulvaam çayı axır. Sahillərində Kıtrın, İzayakıtrın, Enmımışakıtrın, Avılkıkıtrın, Emışakıtrın və Kuyvıt burunları yerləşir. Sahilləri hamar olsa da bəzi hissələri sıldırımlıdır.İlin böyük qismi körfəz ərazisi buzla örtülü olur.