Narniya xronikaları: Şir, cadugər və paltar şkafı
From Wikipedia, the free encyclopedia
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı | |
---|---|
ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe | |
| |
Janr | fentezi |
Rejissor | Endrü Adamson |
Prodüserlər | Mark Conson, Fillip Stoyer |
Əsərin müəllifləri | Klayv Steyplz Lyuisin "Şir, cadugər və paltar şkafı" əsəri əsasında |
Ssenari müəllifləri | Enn Pikok, Endrü Adamson, Kristofer Markus, Stiven Makfili |
Baş rollarda | Corci Henli, Skandar Keyns, Vilyam Mouzli, Anna Poppluell, Tilda Suinton, Ceyms MakEvoy, Liam Nison, Cim Brodbent |
Operator | Donald Makalpin |
Bəstəkar | Harri Qreqson-Vilyams |
İstehsalçılar |
The Walt Disney Company, Walden Media Distribütor: Buena Vista Pictures |
Distribütor | Fórum Hungary[d], Netflix, Disney+ |
İlk baxış tarixi |
7 dekabr 2005 (Royal Film Performance) 8 dekabr 2005 (Böyük Britaniya) 9 dekabr 2005 (ABŞ) |
Müddət | 143 dəq. |
Büdcə | 180 milyon $[1] |
Gəlir | 745 milyon $[1] |
Ölkələr | ABŞ və Birləşmiş Krallıq[2] |
Dil | ingiliscə |
Sonrakı film | Narniya xronikaları: Şahzadə Kaspian |
Rəng | rəngli |
Çəkiliş yeri | Yeni Zelandiya, Çexiya, Praqa[3], Barrandov studiosu[3] |
IMDb | ID0363771 |
Vikianbarda əlaqəli mediafayllar |
Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır. Şimali Amerikada 2006-cı ilin ən yaxşı satılan DVD-si olmuş və həmin il 332,7 milyon ABŞ dolları gəlir gətirmişdir.[4]
"Şir, cadugər və paltar şkafı" "Narniya xronikaları" trilogiyasının ilk filmidir. Filmin davam hissələri kimi 2008-ci ildə "Şahzadə Kaspian" və 2010-cu ildə "Sübh fatehinin səyahəti" filmləri çəkilmişdir. Üç film birlikdə 1,5 milyard ABŞ dolları gəlir gətirmişdir.