Məftil
From Wikipedia, the free encyclopedia
Məftil adətən nazik, uzun və əyiləbilən, en kəsiyi dairəvi olaraq hazırlanmış metal və ya süni materialdır. Digər en kəsik formaları dördbücaqlı,altıbucaqlı,və ya oval şəklində ola bilir. Uzun olduğundan məftillər dolağa yığılır və dəst şəklində saxlanır. Məftillərin hazırlanması üçün tətbiq olunan materiallar polad, mis, bürünc, alüminium, gümüş, qızıl və paslanmayan poladdır. Son vaxtlar kiçik miqdarda avtomobil və aviasiya sənayesində maqnezium məftillərdən də istfadə olunur.