MyAnimeList
From Wikipedia, the free encyclopedia
MyAnimeList (azərb. Mənim anime siyahım) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası.[3] 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur.[4]
Cəld faktlar URL, Kommersiya ...
MyAnimeList | |
---|---|
URL | myanimelist.net |
Kommersiya | Bəli |
Tipi | anime və manqa məlumat bazası |
Qeydiyyat | siyahılar yaratmaq, forumlarda iştirak etmək və reytinqlər əlavə etmək üçün məcburi |
Dilləri | ingilis |
Sahibi | Media Do[1][2] |
Açılma tarixi | 6 aprel 2006 (18 il əvvəl) (2006-04-06) |
Hazırkı statusu | Aktiv |
Şüar | Nə qədər animeyə baxmısan? |
Alexa reytinqi | ▲ 436 (2 mart 2019) |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var.[5] 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir.[6]