Mumiya (film, 1932)
From Wikipedia, the free encyclopedia
Mumiya (ing. The Mummy) — 1932-ci ildə Karl Froynd tərəfindən çəkilən ABŞ filmidir. Filmdə yenidən həyata qayıdan misir rahibi "İmhotep" rolunu məşhur ingilis əsilli[8] ABŞ aktyoru Boris Karloff canlandırmışdı. Filmin çəkiliş yerləri ABŞ-nin qərbində yerləşən, sahənin böyüklüyünə görə üçüncü yer tutan və səhralığına görə məşhur olan Kaliforniya ştatında aparılmışdı. Çəkiliş səhnələri ABŞ-nin cənub-qərbində yerləşən Cənubi Kalforniyanın böyük hissəsini tutan Moxave səhrasında, Kalironiyanın Los-Anceles şəhərinə məxsus "San Fernando Vadisi" regionunun "Universal Siti" icmasında və Cənubi Kaliforniyada yerləşən korporativ olmayan "Sentil" icmasında yerləşən "Qırmızı Qaya Kanyon Ştat Parkı" (ing. Red Rock Canyon State Park) adlı kanyon parkında baş tutmuşdu.[9] "Mumiya" filminin büdcəsi qiymətləndirməylə təxminən $196,000 min ABŞ dollarıdır.[10]
Mumiya | |
---|---|
ing. The Mummy | |
Janr | qorxu filmi[1][2][…], fentezi filmi[d][1] |
Əsas mövzu | Romantik sevgi[3], Misir mifologiyası[4], ölüm[4], reinkarnasiya[4], arxeologiya[4] |
Rejissor | |
Baş rollarda | |
İstehsalçı | Universal Pictures |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 22 dekabr 1932[7], 1932 |
Müddət | 73 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | Kaliforniya |
IMDb | ID0023245 |
Vikianbarda əlaqəli mediafayllar |