Monogatari seriyalarının siyahısı
From Wikipedia, the free encyclopedia
"Monogatari" Vofanın rəssamlığı ilə Nisio İsin tərəfindən yazılan eyniadlı ranobe seriyası əsasında çəkilən animedir. Shaft studiyası tərəfindən istehsal olunan animenin rejissoru Akiyuki Şinbodur. Ümumilikdə 103 seriyadan və 3 filmdən ibarət olan anime adaptasiyası 3 mövsümə bölünmüşdür: Birinci mövsüm, İkinci mövsüm və Final mövsümü. Hər mövsüm "monoqatari" adlı hissələrdən, hər monoqatari isə hekayə arklarından ibarətdir. Hekayə Araraqi Koyomi adlı gənc bir oğlanın "qəribəlik" adlı fenomenlə üzləşən insanlarla rastlaşmasından və onun başına gələn hadisələrdən bəhs edir.
İlk anime serialı "Bakemonogatari" 12 seriya davam etmiş və 3 iyul-25 sentyabr 2009-cu il tarixlərində Tokyo MX vasitəsilə yayımlanmışdır. Animenin rəsmi saytı vasitəsilə 3 noyabr 2009-cu ildən 25 iyun 2010-cu ilə kimi 3 əlavə veb-anime serialı buraxılmışdır. "Nisemonogatari" adlı 7 seriyalıq sikvel 7 yanvar-17 mart 2009-cu il tarixlərində yayımlanmışdır. "Nekomonogatari (Black)" adlı 4 seriyadan ibarət prikvel anime serialı isə 31 dekabr 2012-ci ildə buraxılmışdır. Daha sonra 6 sikvel anime "Monogatari Series Second Season" adlı altında yayımlanmışdır: "Nekomonogatari (White)", "Kabukimonogatari", "Otorimonogatari", "Onimonogatari" və "Koimonogatari" adlı animelər 6 iyul-28 dekabr 2013-cü il tarixlərində yayımlanmışdır.[1] "Hanamonogatari"nin digərləri ilə 2013-cü ilə buraxılması planlaşdırılsa da, 16 avqust 2014-cü ildə yayımlanmışdır.[2] 31 dekabr 2014-cü ildə 4 seriyalıq "Tsukimonogatari" animesinin buraxılması ilə sonuncu mövsüm - final mövsümü başlamışdır.[3] 3 oktyabr-19 dekabr 2015-ci il tarixlərində "Owarimonogatari" animesinin 12 seriyalıq birinci hissəsi yayımlanmışdır. Bütün hekayəyə prikvel kimi çəkilən "Kizumonogatari" film trilogiyasının filmləri 8yanvar 2016-cı ildən 6 yanvar 2017-ci ilə kimi ekranlaşdırılmışdır. "Koyomimonogatari" 9 yanvar 2016-cı ildə, "Owarimonogatari"nin ikinci hissəsi 12-13 avqust 2017-ci ildə, "Zoku Owarimonogatari" isə 10 noyabr 2018-ci ildə buraxılmışdır.
Anime üçün Satoru Kosaki və Mitonun bəstəkarlıqları ilə Meg Rock tərəfindən bir neçə açılış mahnısı yazılmışdır.[4][5] "Bakemonogatari"nin bağlanış mahnısı "Kimi no Shiranai Monogatari" (君の知らない物語?, "Sənin bilmədiyin hekayə") Supercell tərəfindən bəsətlənmiş, 12 avqust 2009-cu ildə buraxılmışdır. Bu mahnı Oricon sinqllar çartında 5-ci yerə yüksəlmişdir.[6] "Nisemonogatari" animesinin bağlanış mahnısı ClariS tərəfindən oxunan və Supercell qrupundan Ryo tərəfindən yazılan "Naisho no Hanashi" (ナイショの話?, "Gizli söhbət") mahnısıdır.[7] "Nekomonogatari (Black)" animesinin bağlanış mahnısı "Kieru Daydream" (消えるdaydream?, "Yox olan arzu") Saori Kodama tərəfindən yazılmış, Satoru Kosaki tərəfindən bəstələnmiş və Marina Kavano tərəfindən ifa olunmuşdur.[8] İkinci mövsüm üçün 4 bağlanış mahnısından istifadə olunmuşdur: "Nekomonogatari (White)" və "Kabukimonogatari" animeləri üçün Cin tərəfindən hazırlanan və Luna Haruna tərəfindən ifa olunan "Ai o Utae" (アイヲウタエ?, "Sevgini oxumaq") mahnısı;[1] "Otorimonogatari" və "Onimonogatari" animeləri üçün Kavano tərəfindən ifa olunan "Sono Koe o Oboeteru" (その声を覚えてる?, "Bu səsi xatırlamaq") mahnısı;[9] "Koimonogatari" anime üçün Haruna və Kavano tərəfindən ifa olunan "snowdrop" mahnısı;[10] "Hanamonogatari" animesi üçün Kavano tərəfindən ifa olunan "Shirushi" (花痕?) mahnısı. Final mövsümündə 5 bağlanış mahnısından istifadə olunmuşdur: "Tsukimonogatari" animesi üçün ClariS tərəfindən ifa olunan "Border" mahnısı; "Owarimonogatari" animesinin birinci hissəsi üçün Alisa Takiqava tərəfindən ifa olunan "Sayonara no Yukue" (さよならのゆくえ?, "Vidalaşmanın gələcəyi") mahnısı; "Koyomimonogatari" animesi üçün TrySail tərəfindən ifa olunan "whiz" mahnısı; "Owarimonogatari" animesinin ikinci hissəsi üçün ClariS tərəfindən ifa olunan "Shiori" mahnısı; "Zoku Owarimonogatari" animesi üçün TrySail tərəfindən ifa olunan "azure" mahnısı.[11]