Mollalar Əşrəf
From Wikipedia, the free encyclopedia
Əşrəf Məmməd oğlu Abbasov və ya təxəllüsü ilə Mollalar Əşrəf (29 noyabr 1936, Karrar, Kürdəmir rayonu – 1 oktyabr 2005, Bakı) — Azərbaycan şairi, mühəndis-mexaniki, maşınqayırma sənayesi alimi.
Bu məqalə Azərbaycanlı şair və alim haqqındadır. Azərbaycanlı bəstəkar üçün Əşrəf Abbasov səhifəsinə baxın. |
Mollalar Əşrəf | |
---|---|
Əşrəf Məmməd oğlu Abbasov | |
Digər adı | Əşrəf Abbasov |
Doğum tarixi | 29 noyabr 1936(1936-11-29) |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 2005(2005-10-01) (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi | Texnika elmləri namizədi |
Təhsili | |
Tanınır | Şair |
Mükafatları |
Azərbaycan mətbuatında və Sibirdə şeirləri çap olunub. 2,000-dən çox şeirin müəllifidir.[1] Baş elmi işçi, texnika elmləri namizədi olub. 50-dən artıq elmi məqalənin, 4 patent[2], 5 ədəd müəlliflik şəhadətnaməsinin müəllifidir.[3][4]
Mütəmadi olaraq Azərbaycan Radiosunun qonağı olub, bir sıra şeirləri ilə yanaşı "Mən, atam və müharibə" adlı poeması efirdə səsləndirilib.[1]
Şeirləri, müsahibələri "Vışka", "Gələcək Gün", "Ədəbiyyat", "Azərbaycan işıqları", "Azərbaycan müəllimi" qəzetlərində, "Vəfa", "Azərbaycan təbiəti" jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. "Neftçi" Ədəbi Məclisinin fəal üzvü olub.[3]
2001-ci ilin yekunlarına görə "Vışka" qəzeti onu Azərbaycanda "İlin şairi" hesab edib.[5]
"Əmək veteranı" medalı laureatıdır.