Mirəli türbəsi
Füzuli rayonunun Aşağı Veysəlli kəndində türbə / From Wikipedia, the free encyclopedia
Mirəli türbəsi — Füzuli rayonunun Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur.[1] Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]
Cəld faktlar Ölkə, Şəhər ...
Mirəli türbəsi | |
---|---|
| |
39°41′50″ şm. e. 47°11′52″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Füzuli |
Yerləşir | Aşağı Veysəlli |
Tikilmə tarixi | XIII–XIV əsrlər |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 215 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır.