Metakomet
From Wikipedia, the free encyclopedia
Metakomet, Metakom və ya Kral Filip (1639[1], Yeni İngiltərə – 12 avqust 1676[2][3], Rod-Aylend) – Vampanoaqların şefi. Metakomet yerli koloniyaçılara qarşı başlatdığı Kral Filip müharibəsi ilə tanınır. Rod-Aylend dağlarında və bataqlıqlarında gizlənən Metakomet Şimali Amerikada ingilis koloniyalarına qarşı son böyük hücuma başçılıq etmişdir. Müharibənin sonlarına doğru Yeni İngiltərənin ən nifrət edilən şəxsi olmuşdur. Əsrlər sonra isə yerli aktivistlər tərəfindən avropalı müstəmləkəçilərə qarşı mübarizənin simvolu elan edilmişdir.[4]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Metakomet | |
---|---|
ing. Metacomet | |
Doğum tarixi | 1639[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 avqust 1676(1676-08-12)[2][3] |
Vəfat yeri | |
Fəaliyyəti | qəbilə lideri[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
1998-ci ildə yerlilərin təzyiqi ilə Plimutda Metakometin şərəfinə abidə ucaldıldı. Abidənin ucaldıldığı nöqtədə 300 il öncə edamından sonra ondan qalanlar sərgilənmişdir.[4]