Meduza salı (rəsm)
From Wikipedia, the free encyclopedia
Meduza salı (fr. Le Radeau de La Méduse) — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir.
Meduza salı | ||
---|---|---|
fr. Le Radeau de La Méduse | ||
| ||
Rəssam | Teodor Jeriko | |
Tarixi | 1819 | |
Üslubu | rəsm əsəri | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 491 sm × 716 sm | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | Luvr muzeyi | |
Saytı |
louvre.fr/oeuvre-notices… louvre.fr/en/oeuvre-noti… louvre.fr/jp/oeuvre-noti… wga.hu/html/g/gericaul/1… |
|
İnventar nömrəsi | INV 4884 | |
Vikianbarda əlaqəli mediafayllar |
Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir.[1] O, rəsm əsərini çəkməyə başlamamışdan əvvəl ətraflı araşdırma aparmış, çoxsaylı eskizlər hazırlamışdır. Qəzadan sağ çıxmış iki nəfərdən müsahibə alaraq salın müvafiq miqyaslı modelini yaratmışdır. O, artıq dünyasını dəyişmiş və ölüm ayağında olanların rəngini, bədənlərinin teksturasını görmək üçün xəstəxanalar və morqlara baş çəkmişdir.
“Meduza salı” rəsm əsəri 1819-cu ildə Paris Salonunda nümayiş olunmuş, ədəbi tənqidçilər və ictimaiyyət tərəfindən yükək qiymətləndirilmişdir. Bir müddət sonra rəsm əsəri Böyük Britaniyada uğurla nümayiş olunmuşdur. Həmin sərgilərdən birini sahibkar Uilyam Bullok təşkil etmişdir. Teodor Jerikonun ölümündən sonra dostu Pyer-Jozef Dedre-Dorsinin vasitəçiliyi ilə əsər Luvr muzeyi tərəfindən əldə edilmişdir. Hal-hazırda “Meduza salı” rəsm əsəri Luvrun birinci mərtəbəsində yerləşən Denon qalereyasında romantizm dövrünə aid digər fransız rəssamların işləri ilə yanaşı nümayiş olunur. Rəsm əsərinin təsirini Ejen Delakrua, Uilyam Terner, Qustav Kurbe və Eduard Mane kimi rəssamların yaradıcılığında da müşahidə etmək olar.