Mars Orbiter Mission
From Wikipedia, the free encyclopedia
Mars Orbiter Mission — 5 noyabr 2013-də Hindistan Fəza Araşdırmaları Təşkilatı tərəfindən Yerin orbitinə buraxılan Mars peykidir[1][2][3][4].
24 sentyabr 2014-cü ildə peykin Marsın orbitinə daxil olması ilə Hindistan Marsa ilk cəhddə peyk göndərən ilk millət və Marsa peyk göndərən ilk Asiya xalqı oldu[5][6][7][8].
Hindistan Fəza Araşdırmaları Təşkilatı Sovet fəza proqramı, NASA və Avropa Fəza Agentliyindən sonra Marsa çatan dördüncü fəza agentliyidir.[9][10]