Manyoşu
From Wikipedia, the free encyclopedia
Manyoşu (万葉集?, azərb. Min bir yarpaq toplusu[1]) – Yaponiya poeziyasına dair ən qədim yazılı əsər. 759-cu ildə Nara dövründə ortaya çıxmışdır.[1] Ədəbi abidədə şeirlər, nəğmələr, balladalar, tankalar, hokkular toplanmışdır.[1] "Manyoşu" almanaxının ən məşhur şairləri bunlardır: Akahito, Okura, Tabito, Yakomaçi və Hitomaro. Bunların içərisində ən çox şöhrət qazanan şairlər isə Hitomaro və Akahitodur.[2]
Beş əlyazması mövcuddur: birinci və ən qədimi Katsuraba Katsura məbədinə aiddir. İkincisi "Ranşiton-Manyoşu" adlanır. Qalan əlyazmalar, yəni üçüncü, dördüncü və beşinci əlyazmalar XII əsrə aiddir və 20 kitabdan ibarətdir və bu əlyazma "Tencibon-Manyoşu" adlanır. Bu əlyazma Tenci dövrünə aiddir. Əlyazmaların ən tam nüsxəsi "Tenriyahu-Kabonmanyoşu" adlanır. Bu əlyazma Tenriyan dövründə (1184-cü ildə) yarandığına görə belə adlandırılmışdır.[3][4]