Maman (heykəl)
From Wikipedia, the free encyclopedia
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm).[3] Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır.[3] Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir.[4]