Malurus elegans
From Wikipedia, the free encyclopedia
Malurus elegans — sərçəkimilər dəstəsinin Maluridae fəsiləsinə mənsub olan quş növü. Köçəri növ deyil və Qərbi Avstraliyanın cənub-qərb hissəsi üçün endemikdir. Bu quşlarda cinsi dimorfizm müşahidə olunur və erkəkləri çoxalma dövründə parlaq gümüşü-göy baş, qulaq örtüsü, bel lələklərinə, qırmızı çiyin lələklərinə, qara boğaza, boz-qəhvəyi quyruq və qanada bürünür. Çoxalma dövrünün xaricində isə, boz-qəhvəyi lələklər çoxluq təşkil edir, amma bəzən erkəklərdə qara və göy lələklər də müşahidə olunur. Hazırda bu növün yarımnövlərinin olmadığı qəbul olunur. Sözügedən növ M. lamberti və M. pulcherrimus növləri ilə yaxın qohum olsalar da, yaşadıqları ortaq arealda hibridlər tapılmadığı üçün ayrı növ kimi təsnif olunurlar. M. elegans növünə aid quşların bəlli ərazilərdə sayca çox olmasına baxmayaraq, azalma müşahidə olunur.
Malurus elegans | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Malurus elegans |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Ensiz dimdiyə malik olan bu quş növü həşəratları ovlamaq üçün adaptasiya keçirmişdir və həşəratyeyəndir. Əsasən Eucalyptus marginata ağaclarından ibarət mülayim və yağışlı meşələrdə kollarda qidalanır və yaşayır. Malurus cinsinin digər növlərində olduğu kimi bu növdə də ancaq dişi fərdlər balaların qayğısına qalır. Lakin digər növlərdən fərqli olaraq köməkçi dişi quşların balaların qayğısına qaldığı müşahidə olunmuşdur. Kommunikasiya vasitəsi kimi siqnallardan istifadə edirlər və bölgələrini bildirmək üçün oxuyurlar. Fərdlər bir-birilərini nəğmələrindən tanıyırlar. Erkək fərdlər çoxalma dövründə dişiləri cəlb etmək üçün sarı tac ləçəklərini qoparıb onlara təqdim edirlər.