Malmö
İsveçin cənubunda yerləşən liman şəhəri / From Wikipedia, the free encyclopedia
Malmö ([malmø:]ⓘ) – İsveçin cənubunda yerləşən liman şəhəri. Əhalisi 635 min nəfərdir. Malmö bu göstərici ilə İsveçin ən böyük üçüncü şəhəridir. Danimarkanın paytaxtı Kopenhagen ilə Malmö arasında 20 kilometr uzunluğu olan boğaz vardır. Malmö İsveçin ən böyük üçüncü şəhəri olsa da, siyasi və iqtidasi baxımdan böyük önəmə sahibdir. Şəhər əhalisinin 25%-i müsəlmanlardan ibarətdir. Lund şəhərinində daxil olduğu Skane bölgəsinin mərkəzi Malmö şəhəridir.
Malmö | |
---|---|
55°35′35″ şm. e. 13°01′17″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1353 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 12 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +46 40 |
Poçt indeksi | 21X XX |
Digər | |
malmo.se | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
2001-ci ildə Malmö və Kopenhagen arasında Oresund körpüsü istifadəyə verilmişdir. Hər iki şəhər arasında olan 20 kilmoterilik məsafə XVI əsrlərə aid olan mənbələrdə ərtaflı şəkildə təsvir edilmişdir. Həmin zamanlarda insanlar bir şəhərdən, digərinə bir gün müddətində gedə bilirdilər. Şəhərlərin arasında yerləşən boğaz qış aylarında keçilməz olurdu. Bu səbəbdən tarixən Malmödən Kopenhagenə səfər etmək üçün digər yollardan istifadə edilmişdir. 2001-ci ildə fəaliyyətə başlamış Orestud körpüsü isə şəhər arasında olan məsafəni 10 dəqiqəyə qədər endirmişdir. Körpü 5 milyard avro dəyərindədir.