Malazgird döyüşü — Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) döyüş baş vermişdir. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi[9] Anadoluda və ətrafında Bizans hakimiyyətinin zəiflənməsində mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır.[10] XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanın qapılarını onların üzünə açan qələbə kimi qəbul edirdilər.[11]
Cəld faktlar Tarix, Yeri ...
Malazgird döyüşü |
---|
Səlcuqlu-Bizans müharibəsi |
XV əsrə aid və Malazgird döyüşünü təsvir edən bu fransız miniatüründə döyüşçülər müasir zirehlərlə əks etdirilmişdir. |
Tarix |
1071 26 avqust |
Yeri |
Malazgird yaxınlığında, İberiya teması[1][2], Armeniakon[3][4] (müasir Malazgird, Türkiyə) |
Səbəbi |
Bizans və Səlcuqlu dövlətləri arasında mübarizə |
Nəticəsi |
|
Ərazi dəyişikliyi |
39°08′41″ şm. e. 42°32′21″ ş. u. |
Bizans dövləti
- • Bizansın nizami (taqmata) və əyalət (tematik) orduları
- • Cəbhə boyunca yerləşən torpaq sahiblərindən toplanmış şəxslər
- • Frank, ingilis, norman, gürcü, erməni, bolqar, türk (peçeneq və kuman) muzdlular
|
Səlcuqlu imperiyası
|
|
|
40-50,000[5] (Təxminən yarısı döyüşdən əvvəl fərarilik etdilər. Türk muzdlular Səlcuqlu tərəfinə keçdilər.)
|
20,000–30,000[5][6]
|
|
2.000[7]–8.000 ölü[6] 4.000 captured[7] 20.000 fərari[8]
|
Bilinmir
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bizans ordusundakı muzdluların və hərbi mükəlləfiyyətlə orduya cəlb edilmiş döyüşçülərin əksəriyyətinin döyüşdən tez bir zamanda qaçıb canlarını xilas etməsinə görə, məğlubiyyət qərbi və şərqi taqmatalardan toplanılmış döyüşçülərə baha başa gəldi.[12] Malazgirddəki döyüşün nəticələri Bizans üçün fəlakət demək idi. Döyüşün nəticəsi siyasi və iqtisadi böhrana gətirib çıxardı və Bizansın öz sərhədlərini müdafiə etməsini daha da çətinləşdirdi.[13] Bu, türklərin mərkəzi Anadoluya daxil olmalarına səbəb oldu — 1080-ci ildə artıq Səlcuq türkləri 78.000 kvadrat kilometr ərazini ələ keçirmişdilər. Bizansın özünə gəlməsi 30 ilə başa gəldi və I Aleksius (1081–1118) Bizansda sabitliyi bərpa edə bildi. Tarixçi Tomas Asbridc yazır ki, "1071-ci ildə Malazgird döyüşündə səlcuqlular imperiya ordusunu Kiçik Asiyanın şərqində darmadağın etdilər, tarixçilər bunu yunanlar üçün faciəvi geriləmə olaraq hesab etməsələr də, hər bir halda bu acıverici bir geriləmə idi".[14] Həmçinin bu birinci və sonuncu hal idi ki, Bizans imperatoru müsəlman komandanın əsiri olurdu.