Magical Girl Raising Project
From Wikipedia, the free encyclopedia
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画?, azərb. Maho-şoco yetişdirmə layihəsi) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır.
Magical Girl Raising Project | |
Birinci ranobe cildinin üzlüyü. Personaj: Koyuki Himekava | |
魔法少女育成計画 (Mahō Shōjo Ikusei Keikaku) azərb. Maho-şoco yetişdirmə layihəsi | |
---|---|
Janr | maho-şoco, döyüş |
Manqa | |
Manqaka | Asari Endo |
Rəssam | Maruino |
Nəşriyyat | Takarajimasha |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 8 iyun 2012 – hazırda |
Cildlər | 10 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Asari Endo |
Rəssam | Poçi Edoya |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Comp Ace |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 26 sentyabr 2014 – 26 oktyabr 2015 |
Cildlər | 2 (cild siyahısı) |
Fəsil sayı | 11 |
Manqa | |
Magical Girl Raising Project: Restart | |
Yazıçı | Asari Endo |
Rəssam | Nori Senbey |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Comp Ace |
Demoqrafiya | seynen |
Nəşr tarixi | iyun 2016 – hazırda |
Cildlər | 1 (cild siyahısı) |
Manqa | |
Magical Girl Raising Project F2P | |
Rəssam | Ryota Yuzuki |
Nəşriyyat | Takarajimasha |
Jurnal | Kono Light Novel wa Sugoi! WEB |
Nəşr tarixi | 29 avqust 2016 – hazırda |
Anime | |
Rejissor | Hiroyuki Haşimoto |
Prodüsser | Emi Kaşimura Minami Ken |
Ssenarist | Takao Yoşioka |
Bəstəkar | Takuro İqa |
Studiya | Lerche |
Digər lisenziyalar | [1] |
Kanal | AT-X, Tokyo MX, BS11 |
Buraxılış tarixi | 1 oktyabr 2016 – 17 dekabr 2016 |
Seriyalar | 12 (seriya siyahısı) |
Anime və manqa portalı |
Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-ci ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır.