Müjdə
From Wikipedia, the free encyclopedia
Müjdə və ya Xeyirxəbər (Latın Vulqatası Luka 1:26–39-da Annuntiatio nativitatis Christi) həm də Bakirə Məryəmin Müjdələnməsi, Bizim Ledinin Müjdələnməsi[1] və Lordun Müjdəsi adları ilə tanınan, xristianlıqda Məryəmin hamilə olması və Tanrının oğlunun inkarnasiyasında iştirak edəcəyi haqqında xəbərlə Mələk Cəbrayıl tərəfindən müjdələnməsi hadisəsidir. Cəbrayıl Məryəmə dünyaya gətirəcəyi uşağın adını da deyir: Yehoşua – YHWH xilas edir anlamına gəlir. Əksər xristianlar bu hadisəni 25 mart tarixində İsanın doğulmasından doqquz ay əvvəl Müjdə bayramı kimi qeyd edirlər. Luka 1:26-da verilən məlumata görə Müjdə hadisəsi Yelezavetanın Vəftizçi İohanna hamiləliyinin altıncı ayında baş vermişdir.[2] İriney (təxm. 130–202) İsanın təqdim edilməsini 25 mart kimi qəbul edirdi ki, bu da İsanın əziyyətləri ilə uyğunluq təşkil edirdi.[3]
Şimal yaz ekinoksu tarixi bir çox ölkələrdə, o cümlədən İngiltərədə Yeni il bayramı kimi də qeyd olunur, İngiltərədə isə bu bayram həm də Ledi günü kimi tanınırdı. Həm Katolik, həm də Ortodoks kilsələri Müjdə hadisəsinin Nazaretdə baş verdiyini qəbul etsələr də, konkret məkanla bağlı fikir ayrılığı var. Müjdə bazilikası birinci, Yunan Ortodoks Müjdə kilsəsi isə sonuncü məkan hesab olunur.
Müjdə xristian incəsənətinin açar mövzularından biri olmaqla Katolik kilsəsinin Marian incəsənətində xüsusi yer tutmuş, xüsusilə orta əsrlər və intibah mədəniyyətlərinin əsas mövzularından biri olmuşdur.