Lyft
From Wikipedia, the free encyclopedia
Lyft — istifadəçilərə veb sayt və ya mobil tətbiqetmə vasitəsi ilə xidmətlə işləyən sürücüləri tapmağa və uyğun qiymətə səyahət etmək imkanı təqdim edən şirkət.[3][4][5] 2012-ci ildən bəri "Sizin avtomobilli dostunuz" sloqanından istifadə etməkdədir.[6] Şirkət məlumatlarına görə, Lyft xidməti ənənəvi taksilərdən 30% daha az xərclə avtomobil ilə səyahət etmək imkanı verir.[7][8] Lyft ilə işləyən sürücülər avtomobillərini tampon üzərində çəhrayı bığ şəklində kürklü maskotla qeyd edirlər.[9]
Lyft | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | İctimai şirkət |
Sənaye | Nəqliyyat[1] |
Məhsulu | Taksi |
Təsis tarixi | 2012 |
Baş qərargahın yeri | San-Fransisko, Kaliforniya |
İqtisadi göstəriciləri | |
Birjada listinqi | NASDAQ: LYFT |
Ümumi gəliri | ▲ 700 000 000 $[2] |
Xalis mənfəəti | ▼ −2 600 000 000 $ |
Əməliyyat mənfəəti | ▼ −2 702 000 000 $ |
Struktur | |
İşçi sayı | 4,779 (2020) |
Rəhbərlik | |
Təsisçilər |
Loqan Qrin Con Zimmer |
lyft.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilin aprel ayından etibarən Lyft şirkəti, San-Fransisko, Los-Anceles, San-Dieqo, Sakramento, Sitl, Çikaqo, Nyu-York, Vaşinqton, Boston, Denver, Dallas, Atlanta , Baltimor, Finiks, Minneapolis, Sent-Luiz, İndianapolis, Pittsburq kimi böyük şəhərlər də daxil olmaqla ABŞ-nin 60 şəhərində xidmət göstərir.[10][11]