Lorenso Sotomayor
Kuba və Azərbaycan boksçusu / From Wikipedia, the free encyclopedia
Lorenso Sotomayor (16 fevral 1985, Havana) — 2013–2021-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı, 2015-ci il I Avropa Oyunlarının qalibi.
Lorenso Sotomayor | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Lorenso Kollazo Sotomayor | |||||||||||||||||||
Vətəndaşlığı |
Kuba (2000—2014) → Azərbaycan (2014—2021) |
|||||||||||||||||||
Doğum tarixi | (39 yaş) | |||||||||||||||||||
Doğum yeri | Havana, Kuba | |||||||||||||||||||
Boyu | 185 sm. (6 ft 7 in) | |||||||||||||||||||
İdman növü | Boks | |||||||||||||||||||
Karyera illəri | 2000—2021 | |||||||||||||||||||
Komandası | Qəbələ İdman Klubu | |||||||||||||||||||
Medallar
|
2013-cü ildə Azərbaycan yığmasınn heyətinə cəlb edilən Kuba əsilli Lorenso Sotomayor, qısa müddət ərzində ciddi uğurlara imza atdı. 2015-ci ildə Azərbaycanda baş tutan I Avropa Oyunlarının final görüşündə İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre üzərində qələbə qazanaraq (3:0), birinci ciddi nailiyyətinə imza atan Lorenso Sotomayor, Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 19-da Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsində Almaniya nümayəndəsi Artyom Arutyunyan üzərində qələbə qazanaraq (3:0) final görüşünə vəsiqə qazanan Lorenso Sotomayor, bu idman növü üzrə Olimpiadaların finalında rinqə çıxacaq birinci idmançı oldu. Avqustun 21-də baş tutan həlledici görüşdə isə Sotomayor, Fazliddin Qaibnəzərova məğlub olaraq (1:2) turnirin gümüş medalına sahib oldu. Həmin final görüşündən sonra Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyi referiləri qərəzli qərarlarda ittiham elədi. Olimpiadadan sonra Dünya və Avropa Çempinatlarında uğursuz nəticə göstərən Lorenso Sotomayor, 2021-ci il Olimpiadasından sonra idmanla vidalaşdı.
Lorenso Sotomayor Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə,[1] 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.