Lepanto döyüşü — (isp.Batalla de Lepanto, it.Battaglia di Lepanto, ing.Battle of Lepanto), 7 oktyabr 1571-ci ildə Osmanlı imperiyası ilə Xaçlı donanması arasında olan dəniz döyüşüdür. II Səlimin dövründə baş verən müharibədə donanma böyük zərər gördü və Osmanlı imperiyasının yüksəlmə dövründəki ən böyük dəniz məğlubiyyəti sayılır. Osmanlı qaynaqları bu müharibənin adını Sıngın olaraq yazırlar.[1] İspaniyalı yazıçı Servantes bu döyüşdə əlindən və sinəsindən yaralanmışdır.