Malta cəngavərləri
XI əsrdə yaranmış dini və hərbi orden / From Wikipedia, the free encyclopedia
Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Malta cəngavərləri | |
---|---|
it. Sovrano Militare Ordine Ospedaliero di San Giovanni di Gerusalemme di Rodi e di Malta | |
Növü | Cəngavər ordeni |
Yaranma tarixi | 1099 |
Ləğvolma tarixi | 1798 |
Rəsmi dili | latın dili |
Mərkəzi | Qüds, Rodos və Malta |
orderofmalta.int | |
Vikianbarda əlaqəli mediafayllar |
Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-ci ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur. Mərkəzi İtaliya — Romada yerləşən təriqətin bugünkü rəsmi adı İtalyan dilində Sovrano Militare Ordine Ospedaliero di San Giovanni di Gerusalemme di Rodi e di Malta yəni Qüds, Rodos ve Maltalı St. Jean Suvere Hərbi Qonaqpərvər Təriqəti və ya qısaca Malta təriqətidir.