Kyoto Animation qətliamı
From Wikipedia, the free encyclopedia
Kioto Animation qətliamı (京都アニメーション放火殺人事件?) — 18 iyul 2019-cu ildə Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda Kyoto Animation anime studiyasında baş vermiş qətliam.[3] Qətliam hadisəsi Yaponiya Standart Vaxtı ilə saat 10:35-də 41 yaşlı Şinci Aoba tərəfindən törədilmişdir. O, əvvəlcə "Ölün!" və "Gəbərin!" deyə qışqırmış, ofislərə və işçilərin üstünə benzin tökmüş və alışqanla yandırmışdır.[4] İnsident nəticəsində azı 34 nəfər ölmüş, 35 nəfər yaralanmışdır. Studiyanın işçilərindən biri cinayətkarı evinə qədər təqib etmişdir və cinayətkar polis tərəfindən evində həbs edilmişdir.[5] Bu, 1945-ci ildən sonra Yaponiyada bir şəxs tərəfindən törədilmiş ən dəhşətli cinayət hadisəsi və 2001-ci ildəki Myojo 56 binası yanğınından sonra Yaponiyada baş vermiş ən dəhşətli bina yanğınıdır.[6]
Kyoto Animation qətliamı | |
---|---|
Hücum yeri |
Fuşimi, Kioto, Yaponiya |
Vaxt |
18 iyul 2019 10:31 (YSV) |
Hücum üsulu | qəsdən yanğın törətmə |
Silah | benzin (40 litr),[1] alışqan, 5 bıçaq (istifadə olunmamış), çəkic[2] |
Həlak olanlar | 34 |
Yaralılar | 35 |
Qatil sayı | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisədən sonra dünya liderləri tərəfindən dəstək mesajlarını bildirmiş, studiya üçün 1,7 milyon ABŞ dolları məbləğində ianə yığılmışdır. İnsidentə görə studiyanın bəzi işləri gecikməyə uğramışdır.