Kumu muzeyi
From Wikipedia, the free encyclopedia
Kumu muzeyi (est. Kumu Kunstimuuseum) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən incəsənət muzeyi. Muzey Baltikyanı ölkələrdə ən böyük, Şimalı Avropada isə ən böyük incəsənət muzeylərindən biridir. Bura Estoniya İncəsənət Muzeyinin 5 qolundan biridir və əsas ofisləri buradadır.
Kumu muzeyi | |
---|---|
Kumu Kunstimuuseum | |
Əsası qoyulub | 17 fevral 2006 |
Açılış tarixi | 2006 |
Mövzu | incəsənət |
Ölkə | |
Yerləşir | Veyinzberqi küç. 34, Tallin, Estoniya |
Ziyarətçi sayı | 128.712[2][3] (2013) |
Direktor | Anu Livak |
59°26′11″ şm. e. 24°47′47″ ş. u. | |
www.kumu.ekm.ee | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeydə həm daimi, həm də müvəqqəti sərgilər təşkil olunur. Əsas kolleksiyası sosialist realizminə aid və XVIII əsrdən bu yana tarixlənən əsərləri əhatə edir.
Kumu sözü eston dilindəki "Kunstimuuseum" (incəsənət muzeyi) sözünün abrivaturasıdır. Muzeyin memarı 1994-cü bu haqqı müsabiqə yolu ilə qazanmış fin memar Pekka Vapuvuoridir. 2003–2006-cı illərdə tikilmişdir. Tikili Lasnamae təpəsinin əhəng yamacında uğurla qurulmuş və qədim Kadriorq parkının yanında yerləşdirilmişdir.
2008-ci ildə Avropa Muzey Forumu tərəfindən muzey İlin Muzeyi mükafatını qazanmışdır.[4]