KonoSuba
From Wikipedia, the free encyclopedia
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!?, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır.
KonoSuba | |
1 oktyabr 2013-cü ildə buraxılmış ilk ranobe cildinin üzlüyü. Personajlar: Kazuma Sato (solda) və Akva (sağda). | |
この素晴らしい世界に祝福を! (Kono Subarashii Sekai ni Shukufuku wo!) | |
---|---|
Janr | komediya, fentezi, isekay |
Manqa | |
Manqaka | Citakukeybihey (Natsume Akatsuki) |
Nəşriyyat | Shōsetsuka ni Narō |
Nəşr tarixi | 20 yanvar 2012 – 21 oktyabr 2013 |
Cildlər | 6 |
Manqa | |
Manqaka | Natsume Akatsuki |
Rəssam | Kurone Mişima |
Nəşriyyat | Kadokawa Shoten |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 1 oktyabr 2013 – 1 may 2021 |
Cildlər | 17 (cild siyahısı) |
Manqa | |
Kono Subarashii Sekai ni Bakuen wo! | |
Manqaka | Natsume Akatsuki |
Rəssam | Kurone Mişima |
Nəşriyyat | Kadokawa Shoten |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 1 iyul 2014 – 1 iyun 2015 |
Cildlər | 3 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Natsume Akatsuki |
Rəssam | Masahito Vatari |
Nəşriyyat | Fujumi Shobo |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 9 sentyabr 2014 – hazırda |
Cildlər | 19 (cild siyahısı) |
Anime | |
Rejissor | Takaomi Kanasaki |
Prodüsser | Rie Oqura |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Masato Koda |
Studiya | Studio Deen |
Digər lisenziyalar | Crunchyroll[1] |
Kanal | Tokyo MX, TVS, CTC, tvk, SUN, GBS, MTV, TVQ, BS11 |
Buraxılış tarixi | 14 yanvar 2016 – 16 mart 2017 |
Seriyalar | 20 + 2 OVA (seriya siyahısı) |
Manqa | |
Kono Kamen no Akuma ni Sōdan wo! | |
Manqaka | Natsume Akatsuki |
Rəssam | Kurone Mişima |
Nəşriyyat | Kadokawa Shoten |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 1 aprel 2016 |
Cildlər | 1 (cild siyahısı) |
Manqa | |
Kono Subarashii Sekai ni Bakuen wo! | |
Yazıçı | Natsume Akatsuki |
Rəssam | Kasumi Morino |
Nəşriyyat | Kadokawa Shoten |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 27 may 2016 – hazırda |
Manqa | |
Kono Subarashii Sekai ni Shukufuku o! Extra: Ano Orokamono ni mo Kyakkou wo! | |
Manqaka | Hirukuma |
Rəssam | Uihime Haqure |
Nəşriyyat | Kadokawa Shoten |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 1 avqust 2017 – hazırda |
Cildlər | 2 (cild siyahısı) |
Video oyun | |
Kono Subarashii Sekai ni Shukufuku o! -Kono Yokubukai Game ni Shinpan o!- | |
Hazırlayan | 5pb. |
Nəşr edən | 5pb. Ubisoft |
Janr | vizual roman |
Platforma | PlayStation Vita, Playstation 4 |
Buraxılış tarixi | 7 sentyabr 2017[2] |
Anime | |
Kono Subarashii Sekai ni Shukufuku o! Kurenai Densetsu | |
Rejissor | Takaomi Kanasaki |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Masato Koda |
Studiya | J.C.Staff |
Anime və manqa portalı |
Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır. Studio Deen tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Yaponiyada 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Anime serialının ikinci mövsümü anons edilmiş və 11 yanvar 2017-ci ildən yayımlanması planlaşdırılır.[3] "Kono Subarashii Sekai ni Bakuen wo!" adlı spin-off manqası 2014-cü ilin iyulundan nəşr olunur. 2019-cu ildə "Kono Subarashii Sekai ni Shukufuku o! Kurenai Densetsu" adlı anime filmi adaptasiyası buraxılacaq.
Həm ranobe, həm də manqa Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.