Konişi Masutaro
From Wikipedia, the free encyclopedia
Konişi Masutaro (小西増太郎?, 4 aprel 1862, Okayama – 10 dekabr 1940, Okayama prefekturası) və ya vəftiz adı ilə Daniil Pavloviç[lower-alpha 1] (rus. Даниил Павлович) – Yaponiya rusşünası, psixoloqu, tərcüməçisi və tolstoyçusu. O, Lev Tolstoyun əsərlərini yapon dilinə tərcümə etməsinə görə tanınır. Şərq fəlsəfəsinin fraqmentlərini (Lao-tszı və Konfusinin əsərlərini) rus dilinə tərcümə edən ilk şəxslərdən biridir.